“Azərbaycana yuxarıdan aşağı baxmaq bizə baha başa gələr”

“Azərbaycana yuxarıdan aşağı baxmaq bizə baha başa gələr”
XƏBƏR 1 Sentyabr 2011 / 18:18 1931
-  A +

“Çətin şərtlərlə çətin səfərlərə yollanmaq komandanın inkişafına səbəb oldu. Biz sübut etdik ki, istənilən şəraitdə oynamağa və uğur qazanmağa hazırıq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri milli komandamızla oyundan əvvəl Belçika yığmasının yarımmüdafiəçisi Timmi Simons deyib.

Komandamızla sabah keçiriləcək matça münasibət bildirən belçikalı futbolçu Bakıda ehtiyatlı oynayacaqlarını bildirib: “Bütün bunlar Azərbaycanla oyun öncəsi məni ümidləndirir. Bizim rəqiblə müqayisədə böyük üstünlüyümüz var. Ancaq onlara yuxarıdan aşağı baxmaq bizə baha başa gələr. Nəzərə alaq ki, Azərbaycanla oyunda türklər kağız üzərində favorit idilər. Ancaq qələbəni meydan sahibləri bayram etdilər. Biz bu halla üzləşməməliyik”.

Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır