“Neftçi” rəhbərliyi Araz Abdullayevin PAOK-a transferinin baş tutmamasına aydınlıq gətirib.
Klubun vitse-prezidenti Tahir Süleymanov Qol.Az-ın müxbiri ilə söhbətində bildirib ki, Abdullayevin yunan klubuna keçidinin alınmamasına qarşı tərəfin iki illik icarə tələbi səbəb olub. Onun sözlərinə görə, “Everton” və “Neftçi” rəhbərliyi isə gənc futbolçunu bir illiyinə icarəyə verməyi düşünüb: “Bildiyiniz kimi, Arazın PAOK-a keçidi gündəmdə idi. Sadəcə, yunan klubu Abdullayevi iki illiyinə icarəyə götürmək istəyirdi. Ancaq biz buna razılıq verə bilməzdik. Burada həm “Neftçi”, həm də “Everton”un razılığı olmalı idi. Ancaq qarşı tərəf bildirdi ki, bu yaşda legioner futbolçu bizdə yoxdur və ya azlıq təşkil edir. Gəncliyini nəzərə alaraq, o, legioner statusu daşıyacaq. Əgər qış transfer “pəncərəsi”nə kimi özünü doğrultmasa, Araz geri göndərilə bilər. Bu şərtlər də qəbul olunmadığı üçün keçid baş tutmadı”.
Süleymanovun sözlərinə görə Araz oktyabrın ortalarına qədər “Neftçi”də çıxış edəcək: “Everton”la ümumi razılaşmaya əsasən, Araz oktyabr ayının ortalarına qədər “Neftçi”nin düşərgəsində olacaq. Artıq onun adını sifariş ərizəsinə də daxil etmişik. Bu addım isə onun oyun praktikasnı itirməməsi və məşq proseslərində iştirakı üçün atılıb”.
Avropanın bəzi klubları ilə danışıqlar apardıqlarını söyləyən vitse-prezident ad çəkməsə də, həmin komandaların aparıcı çempionatlarda çıxış etdiyini bildirib: “Avropanın digər klubları ilə danışıqlar gedir. Hansı klubla razılıq əldə olunsa, Araz icarə əsasında həmin komandanın düşərgəsinə bir qədər tez yollanacaq. Bu isə onun yeni klubuna adaptasiya olması üçün xüsusi əhəmiyyət daşıyır. Oktaybr ayına elə də çox vaxt qalmayıb. Danışıqlar apardığımız klublar var. Ancaq onların adlarını çəkmək hazırda düzgün olmaz. Təkcə onu deyə bilərəm ki, bunlar, futbol baxımından Avropanın qabaqcıl çempionatlarında çıxış edən klublardır”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama