“Real”ın futbolçusu Portuqaliya millisindən imtina etdi

“Real”ın futbolçusu Portuqaliya millisindən imtina etdi
XƏBƏR 1 Sentyabr 2011 / 16:54 2237
-  A +

“Real”ın portuqaliyalı müdafiəçisi Rikardu Karvalyo bundan sonra milli komandasına kömək edə bilməyəcək.

Qol.Az-ın məlumatına görə, 33 yaşlı futbolçu yığma karyerasını başa vurduğunu açıqlayıb.

Avro-2012-nin seçmə mərhələsi oyunları öncəsi təcrübəli oyunçu qəflətən millinin düşərgəsini tərk edib. Karvalyo bu qərarını yığmada özünə qarşı edilən hörmətsizliklə əlaqələndirib.

Portuqaliya Futbol Federasiyası bu xəbəri təsdiqləyib. Ancaq nə federasiya rəsmiləri, nə də komandanın baş məşqçisi Paulu Bentu futbolçunun bu hərəkəti ilə bağlı hər hansı açıqlama verib.

Daha çox


Son xəbərlər