Jaba “Bakı”ya qayıtdı

Jaba “Bakı”ya qayıtdı
XƏBƏR 1 Sentyabr 2011 / 16:23 2575
-  A +

“Bakı”nın ötən mövsümün sonunda transferə çıxardığı Jaba yenidən “zolaqlılar”ın heyətinə qayıdıb.

Bu barədə Qol.Az-ın müxbiri ilə söhbətində paytaxt klubunun Marketinq və Mətbuat Departamentinin rəhbəri Nəriman Mehdiyev məlumat verib.

Klub rəsmisinin sözlərinə görə, braziliyalı hücumçunun adı iştirak ərizəsində var və o, qarşıdakı turlarda meydana çıxa biləcək:

“Jabanın əvvəlki klubu ilə problemi var idi. Ona görə də FİFA futbolçunun oynamasına qadağa qoymuşdu. Ancaq bizə rəsmi sənəd gəlib ki, artıq onun oynamağına heç bir qadağa yoxdur. Jabanın adı bizim iştirak ərizəmizdə var və qarşıdakı oyunlarda meydana çıxa bilər. Çünki onun oynaması üçün hazırda heç bir məhdudiyyət yoxdur”.

Mehdiyev bir müddət öncə transferə çıxarılan Jabanın yenidən “Bakı”ya qaytarılmasına isə belə aydınlıq gətirib:

“Starkov Jabanı heyətdə görmək istəmirdi. Ona görə də braziliyalı transferə çıxarılmışdı. Əgər bizimlə razılaşsaydı, gedə bilərdi. Ancaq alınmadı. Starkov da hücum xəttindəki problemləri nəzərə alıb onu yenidən heyətə qaytara bilər. Bundan sonra o, Jabanı hansı mövqedə oynadacaq, onu deyə bilmərəm”. 

Daha çox


Son xəbərlər