Azərbaycan Premyer Liqasının IV turu daha 2 futbolçunun "Xəzər Lənkəran"da debüt etməsi ilə əlamətdar olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı Mario Rosas və portuqaliyalı Antonio Semedo karyeralarında ilk dəfə komandanın formasında meydana çıxıblar.
“Rəvan”la səfər matçında sonradan meydana daxil olan legionerlərin debütü “Xəzər Lənkəran” tarixinin bütün oyunçularının ümumi sayını artırıb.
Bu matçadək 133 futbolçuya ağ-yaşıl formada rəsmi matça çıxmaq nəsib olmuşdusa prineylilər bu rəqəmi 135-ə çatdırıb. Bu 135 nəfərdən 9-u elə cari mövsüm debüt imkanı qazanıb. Mario ilə Antonioya kimi Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraşa, Dejan Rusiç və Branimir Subaşiç yeni komandalarında debüt etmişdilər.
"Xəzər Lənkəran"ın şərəfini qorumuş 135 oyunçudan 52-si yerli, 83-ü əcnəbidir ki, Mario İspaniyanın nəinki “Xəzər Lənkəran”da, ümumiyyətlə Azərbaycan çempionatında və klublarındakı ilk təmsilçisi olub. Bu Pireney yarımadasındakı ölkə isə klubumuzda oyunçu ilə təmsil olunan 30-cu məkandır. Belə ki, bu matçadək “Xəzər Lənkəran” forması geyinən legionerlər 29 ölkəni təmsil edirdi.
Semedo isə 4-cü portuqaliyalı olub: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Serbiya – 6, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya – hərəsi 1.
Qeyd edək ki, Rosas və Semedonun debüt etdiyi oyun Elvin Beqiri üçün yubileylə əlamətdar olub. Albaniyalı 50-ci dəfə meydana çıxmaqla 100-ü yarılayan 29-cu futbolçu və ya 13-cü legioner olub. Rumıniyalı Katalin Doman isə nisbətən kiçik yubiley qeyd edərək 30-cu matçına çıxıb və bunu qolla qeyd edib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama