Rusiyalı futbolçu: «Makedoniya millisi - Mitreskidir»

XƏBƏR 31 Avqust 2011 / 18:40 2004
-  A +

Sentyabrın 2-də «Avro-2012»nin seçmə mərhələsində Makedoniya millisiylə görüşəcək Rusiya yığmasının yarımmüdafiəçisi Dmitri Torbinski qarşıdakı oyunla bağlı fikirlərini bildirib.

Qol.Az-ın «Sport-Ekspress»ə istinadən yaydığı məlumata görə, Torbinski Makedoniya millisinin «Neftçi»də oynayan müdafiəçisi İqor Mitreskini xatırlayıb.

«Makedoniya millisi deyəndə ilk öncə kim yada düşür» sualına cavab olaraq Torbinski bunları deyib: «İlk növbədə Mitreski.  Mən onunla «Spartak»da çıxış edən vaxtlarımdan tanışam. Amma onunla indi daha tez-tez əlaqə saxlımıram».


Son xəbərlər