Əmrə millimizə qalib gəlmək istəyir

Əmrə millimizə qalib gəlmək istəyir
XƏBƏR 31 Avqust 2011 / 16:40 1838
-  A +

Türkiyə millisi və “Fənərbaxça”nın yarımmüdafiəçisi Əmrə Bələzoğlu “ay-ulduzlular”ın Avro-2012-nin final mərhələsinə vəsiqə qazanamaq şanslarını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu bunun üçün qarşıdakı 4 oyunda mütləq qələbə qazanamağın vacibliyini vurğulayıb. Əmrə ancaq bu yolla qrupda ikinci pillənin sahibi kimi final mərhələsinə yollanmağın mümkünlüyünü qeyd edib:

“Qarşıda Qazaxıstan, Avstriya, Azərbaycan və Almaniya milliləri ilə oyunlar var. Həmin qarşılaşmalarda maksimum nəticə əldə edib, 12 xal qazanmalıyıq. Buna məcburuq. Ancaq addım-addım gedəcəyik.

Əvvəlcə qazaxlarla oyun var. Asan rəqib deyil. Ancaq doğma meydanda oynadığımız üçün üstünlük bizim tərəfimizdədir. Mütləq qələbə qazanmalıyıq. Başqa nəticə düşünə bilmirəm”.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner