Muorinyonun 30 xallıq hədəfi

Muorinyonun 30 xallıq hədəfi
XƏBƏR 31 Avqust 2011 / 15:49 1929
-  A +

“Real”ın baş məşqçisi Joze Mourinyo futbolçularının qarşısına hədəf qoyub. Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis komanda üzvlərindən qarşıdakı ilk 10 oyunda 30 xal qazanmalarını tələb edib.

Sözsüz ki, təcrübəli çalışdırıcı bu addımı əbəs yerə atmayıb. Xatırladaq ki, ötən mövsümün “Nou-Kamp”da baş tutan ilk “El-Klassiko”suna qədər “kral klubu” turnir cədvəlinə başçılıq edirdi.

Ancaq “Barselona” ilə oyunda rəqibinə 0:5 hesabı ilə məğlub olan “qalaktikos” həmin matçdan sonra ilk pillədəki yerini itirmiş və mövsümün sonuna kimi kataloniyalıları qabaqlaya bilməmişdi.

Cari çempionatda da eyni faciənin yaşana biləcəyindən ehtiyatlanan Mourinyo bunun qarşısını almaq üçün ilk 10 turu itkisiz başa vurmaq istəyir.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq