“Trabzonspor” axtardığını Premyer Liqada tapdı

“Trabzonspor” axtardığını Premyer Liqada tapdı
XƏBƏR 31 Avqust 2011 / 15:24 2054
-  A +

Uzun müddətdir müdafiənin sol cinahına oyunçu axtaran “Trabzonspor” nəhayət ki, istəyinə nail olub.

Qol.Az-ın məlumatına görə, Ziqler və Fabrisionun keçidini həll edə bilməyən Qara dəniz təmsilçisi İngiltərənin “Vest Bromviç” klubunda forma geyən Slovakiya millisinin müdafiəçisi Marek Çexi heyətinə qatıb.

28 yaşlı futbolçu Avro-2012-nin seçmə mərhələ oyunlarından sonra İstanbula gələrək, 3 illik rəsmi müqaviləyə imza atacaq.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq