“Fənərbaxça” növbəti itki ilə üz-üzə

“Fənərbaxça” növbəti itki ilə üz-üzə
XƏBƏR 31 Avqust 2011 / 14:42 2061
-  A +

Çempionlar Liqasından kənarda qalan və maddi problemlər üz-üzə olan “Fənərbaxça” itirə-itirə gedir. Qol.Az-ın məlumatına görə, “sarı-lacivərdli” klubun hücumçusu Semih Şəntürk də komandadan ayrıla bilər.

28 yaşlı futbolçu növbəti dəfə ispanların maraq dairəsinə düşüb. Hətta cari mövsüm La Liqaya yüksələn “Qranada” Türkiyə millisinin forvardına rəsmi təklif göndərib.

Debütantdan başqa, “Sportinq” və “Espanyol” da təcrübəli futbolçunun xidmətində maraqlıdır. Ancaq İstanbul klubu “növbətçi qolçu”sunu satmağa tələsmir. Çünki Semihin “Fənərbaxça” ilə 2014-cü ilə qədər müqaviləsi var. Məsələyə 1-2 gün içərisində aydınlıq gələcək.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq