Beranek Bakıda onlara asan olacağını düşünür

Beranek Bakıda onlara asan olacağını düşünür
XƏBƏR 31 Avqust 2011 / 14:07 1436
-  A +

“Əvvəlcə Türkiyə ilə oyunu düşünməliyik. Heç şübhəsiz, həmin oyunda Türkiyə yığması aşkar favoritdi. Ancaq biz öz dərimizi onlara pulsuz verməyi düşünmürük”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-da səfərdə Türkiyə millisinin qonağı olacaq Qazaxıstan seçməsinin baş məşqçisi Miroslav Beranek deyib. 4 gün sonra Bakıda baş tutacaq oyuna da münasibət bildirən mütəxəssis yığma komandamızla matçın nisbətən asan keçəcəyini düşünür:

“Eyni sözləri Azərbaycanla oyun haqda da demək olar. Lakin Bakıda işimiz bir qədər asan olacaq. Düzdür, onlar ilk oyunda bizə məğlub olublar. Ona görə də hazırda bizimlə görüşə böyük motivasiya ilə hazırlaşırlar”.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstan milliləri arasında görüş sentyabrın 6-sı, Tofiq Bəhramov adına Respublika stdadionunda baş tutacaq.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq