“Kəpəz” serb və rumın müdafiəçilərlə gücləndi

“Kəpəz” serb və rumın müdafiəçilərlə gücləndi
XƏBƏR 31 Avqust 2011 / 13:48 1717
-  A +

Yeni mövsümə pis başlamayan “Kəpəz” transfer “pəncərəsi”nin bağlanmasına bir gün qalmış daha iki futbolçunu heyətinə qatıb. Qərb təmsilçisi ötən mövsümü “Qəbələ”də keçirən serb müdafiəçi Milan Antiç və rumıniyalı Razvan Tarlea ilə münasibətlərini rəsmiləşdirib.

Bu barədə Qol.Az saytına klubun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov məlumat verib. Rəhimovun sözlərinə görə, hər iki oyunçu ilə bir illik müqavilə imzalanıb.

Rəhimov onu da qeyd etdi ki, bu, “Kəpəz”in yay transfer “pəncərəsi”ndə heyətinə qatdığı son oyunçulardır.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq