“Qarabağ”ın qənimi millimizə qarşı oynamayacaq

“Qarabağ”ın qənimi millimizə qarşı oynamayacaq
XƏBƏR 31 Avqust 2011 / 12:52 1405
-  A +

Belçika millisi yığmamızla oyun öncəsi daha bir itki ilə üzləşib.
Qol.Az-ın məlumatına görə, rəqib komandanın hücumçusu Byörn Vleminks də millimizlə qarşılaşmanı buraxmalı olacaq. Buna futbolçunun zədəsinin tam sağalmamaı səbəb olub.

Belçika seçməsinin baş məşqçisi Jorj Leekens də Vleminksin qarşıdaı matçda komandasına kömək edə bilməyəcəyini təsdiqləyib:

“Vleminksin ayağında yüngül ağrılar vard idi. Hücumçu Azərbaycana qarşı oynaya bilərdi. Ancaq mən onu riskə atmaq istəmədim. Ona görə də Vleminksi “Brügge”nin düşərgəsinə geri göndərdim”.

Qeyd edək ki, bu futbolçu Avroliqanın üçüncü təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”ın qapısına yol tapmışdı.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq