“Fənərbaxça” daha bir oyunçusunu satdı

“Fənərbaxça” daha bir oyunçusunu satdı
XƏBƏR 30 Avqust 2011 / 12:21 2436
-  A +

Oyun alqı-satqısında günahladırıldığı üçün Çempionlar Liqasından kənarlaşdırılan “Fənərbaxça”da maddi durumun pis olması daha bir futbolçunun satılması ilə nəticələnib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, “sarı-lacivərdli” klubun braziliyalı müdafiəçisi Andre Santos bundan sonra karyerasını İngiltərədə davam etdirəcək. Ulduz futbolçu “Arsenal”la razılığa gəlib.

Santosun bu gün Londona gedərək yeni klubu ilə 4 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, “Fənərbaxça” bu keçiddən 7 milyon avro qazanıb.

Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır