Belçika millisində daha bir itki

Belçika millisində daha bir itki
XƏBƏR 30 Avqust 2011 / 11:54 1645
-  A +

Sentyabrın ikisində Avro-2012-nin seçmə mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda millimizin qonağı olacaq Belçika seçməsi daha bir oyunçusunu itirib.

Qol.Az-ın məlumatına görə, rəqib komandanın hücümçusu İqor De Kamarqo da “sıradan çıxıb” və millimizə qarşı oynaya bilməyəcək. Almaniyada Münhenqladbax “Borussiya”sının formasını geyən milliləşdirilmiş braziliyalı forvard son turda ayaq barmağından zədə alıb.

Qeyd edək ki, De Kamarqo belçikalıların heyətində 3-cü itkidir. Ondan əvvəl isə Tomas Vermelen və Daniel van Buytenin millimizlə matçda komandalarına kömək edə bilməyəcəyi dəqiqləşmişdi. “Brügge”nin hücumçusu Byörn Vleminksin Bakıda meydana çıxacağı isə hələ sual altındadır.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq