Millimizin rəqibi itirə-itirə gedir

Millimizin rəqibi itirə-itirə gedir
XƏBƏR 30 Avqust 2011 / 11:11 1910
-  A +

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində millimizlə oyun öncəsi Belçika yığması daha bir oyunçusunu itirib.

Qol.Az-ın məlumatına görə, rəqib komandanıın aparıcı yarımmüdafiəçisi Daniel van Buyten həmin görüşdə ölkəsinə kömək edə bilməyəcək.

Təcrübəli futbolçu Bundesliqanın son turunda zədələnib. O, “Kayzerslautern”lə matçda dabanından zədə alıb. Həkimlərin fikrincə, van Buyten millimizə qarşı forma geyinə bilməyəcək.

Xatırladaq ki, Belçika yığmasının digər müdafiəçisi, hazırda “Arsenal”ın şərəfini qoruyan Tomas Vermelen də eyni səbəbdən qarşıdakı oyunda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Azərbaycan - Belçika matçı sentyabrın ikisndə, saat 21:00-da baş tutacaq.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq