"Mançester Yunayted"in futbolçusu millimizə qarşı oynaya bilməyəcək

"Mançester Yunayted"in futbolçusu millimizə qarşı oynaya bilməyəcək
XƏBƏR 29 Avqust 2011 / 15:56 1945
-  A +

"Mançester Yunayted" klubunun gənc hücumçusu Danni Uelbek zədələnərək sıradan çıxıb.

Qol.Az-ın məlumatına görə, İngiltərənin 21 yaşlı futbolçularından ibarət yığmasının üzvü olan Uelbek AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də millimizə qarşı oynaya bilməyəcək.

"Arsenal"la oyunda əzələsini dartan futbolçunun təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, İngiltərə - Azərbaycan oyunu sentyabrın 1-də Londonda keçiriləcək.


Son xəbərlər
10.01.26  13:12

2 ay Mbappe, 2 ay Yamal