“Milli komandaya dəvət almaq hər bir futbolçunun arzusudur və orada çıxış etmək şərəfdir”.
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində milli komandaya ilk dəfə dəvət alan “Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifov deyib.
Baş məşqçi Beti Foqtsun Belçika və Qazaxıstanla “Avro-2012”nin seçmə oyunları üçün dəvət göndərdiyi 23 nəfər futbolçu arasında yer alan Yusifov bu qərarı çoxdan gözlədiyini bildirib:
“Milliyə dəvəti çoxdan gözləyirdim. Nəhayət, məni də dəvət etdilər. Hər bir oyunçu yığmada çıxış etmək istəyər. Ancaq yəqin ki, baş məşqçi Berti Foqts formamdan tam razı deyildi. Yəni bu, baş məşqçinin qərarıdır. Mən ona heç nə deyə bilmərəm”.
“Milliyə dəvət almışamsa, gərək özümü yaxşı tərəfdən göstərim. Çünki yığmada mütəmadi çıxış etmək üçün bu çox vacibdir. Ona görə də əlimdən gələni edəcəm ki, milliyə davamlı olaraq çağırılım” – deyə o bildirib.
Gənc futbolçu milli komandamızın qarşıdakı oyunları barədə suala isə belə cavab verib: “Milliyə çağırılmışam, amma oradakı ab-havanı hiss eləməmişəm. Komandaya qoşulum, oradakı vəziyyəti görüm, ondan sonra bu suala cavab verə bilərəm”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət