Dünən Quzanlıda keçirilən “Qarabağ” – “Qəbələ” oyunu həm də təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkili ilə diqqət çəkib.
Qol.Az-ın Quzanlıya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, yerli hüquq-mühafizə orqanları bu dəfə stadiona daha ciddi nəzarət ediblər. Polis həmin gün gücləndirilmiş rejimdə işləyib.
Dünənki çempionat oyununda azarkeşlər matçın başlanmasına yalnız iki saat qalmış stadiona buraxılıblar. Əvvəlki oyunlarda olduğu kimi, yerli fanatların texniki zona və digər qadağan olunmuş yerlərlə sərbəst hərəkətinə icazə verilməyib. Azarkeşlər üçün ayrılmış yerlər dolduqdan sonra, matçın başlamasına təxminən bir saat qalmış isə stadionun bütün qapıları bağlanıb.
Bundan sonra Quzanlı və ətraf kəndlərdən gələn təxminən minə yaxın “Qarabağ”lı fanat stadiondan kənarda qalıb. Onlar meydançaya girməyə cəhd etsələr də, polislər vəzifə borcunu yerinə yetirməklə bunun qarşısını alıblar. Azarkeşlər isə oyunun fasiləsində stadionun qapısını qıraraq, içəri daxil olmağa çalışıblar. Ancaq bu dəfə də hüquq-mühafizə orqanları, tribunarda yer dolduğu üşün tərəfdarların stadiona girməsinə imkan verməyiblər.
Bununla belə, “Qarabağ”ın yüzlərlə sadiq azarkeşi hətta kənardan olsa belə, sonadək doğma komandalarına dəstək olmağa çalışıblar.
Qeyd edək ki, yerli icra hakimiyyəti və güc strukturları tərəfindən Quzanlı stadionunda tətbiq olunan bu cür təhlükəsizlik tədbirləri futbol mütəxxəssiləri tərəfindən də təqdir edilib. Ekspertlər inanırlar ki, bu cür addımlar “Qarabağ”ın növbəti oyunlarında da təkrarlanacaq.
Bununla belə, azarkeşlərin sayının həddindən artıq çox olması, stadionda əlavə tribunanın tikintisi zərurətini də ortaya qoyub.
Yəqin ki, gələcəkdə əlaqədar qurumlar bu məsələylə bağlı da müəyyən işlər görməyə başlayacaqlar.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət