Dünən İspaniya La Liqasında ikinci turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub. Xatırladaq ki, ilk tur məlum səbəblərə görə təxirə salınmışdı və həmin turun matçları dekabr ayında keçiriləcək.
“Real Sosyedad” səfərdə “Sportinq”dən üstün olub. “Valensiya” – “Rasinq” oyunu isə daha dramatik alınıb. “Yarasalar” 1-ci dəqiqədə Soldadonun qolu ilə hesabda irəli çıxsalar da, ilk hissənin sonunda qapılarından iki top buaraxaraq, məğlub duruma düşüblər. İkinci yarıya daha fəal başlkayan meydan sahibləri ilk dəqiqələrdən irəliyə atılsalar da, qapılarında növbəti topu görüblər. Artıq çoxları oyunun bu hesabla bitəcəyini düşündüyü halda, “Valensiya” fərqi bir topa endirib. Bundan ruhlanan “yarasalar” təzyiqi daha da artıraraq, istəyinə nail olublar. Soldado yenidən səhnəyə çıxaraq, daha iki top vurmaqla komandasını qələbəyə daşıyıb.
Günün son matçında isə Primeronun debütantı “Qranada” doğma meydanda “Betis”i qəbul edib. Bu görüşün taleyini isə bir qol həll edib. Ruben Kastronun vurduğu qol “Betis”ə səfərdə 3 xal qazandırıb.
Bu gün isə çempionatda daha 6 görüş keçiriləcək. Onların arasında daha çox diqqət çəkəni “Sevilya” və “Malaqa” komandalarının qarşılaşmasıdır. Cari mövsüm heyətini yeni oyunçularla gücləndirən “Atletiko” “Osasuna”nı qəbul edəcəyi halda, “Real” səfərdə “Saraqosa”nın qonağı olacaq.
La Liqanın son qalibi “Barselona” isə meydana sabah çıxacaq. Kataloniyalılar çətin “Vilyareal” səfərinə yollanacaqlar.
İspaniya La Liqası, II tur
27 avqust
Sportinq – Real Sosyedad 1:2
Qollar: İmanol Agiretxe, 35 (0:1), 65 (0:2), Angel Migel, 68-pen (1:2)
Valensiya – Rasinq 4:3
Qollar: Roberto Soldado, 1 (1:0), 88 (3:3), 90 (4:3), Roberto Soldado, 6-avtoqol (1:1), Lautaro Akosta, 14 (1:2), Adrian Qonzales, 56 (1:3), Adil Rami, 57 (2:3)
Qranada – Betis 0:1
Qol: Ruben Kastro Martin, 88 (0:1)
28 avqust
Atletiko – Osasuna
Atletik – Rayo Vayekano
Xetafe – Levante
Malyorka – Espanyol
Saraqosa – Real
Sevilya – Malaqa
29 avqust
Vilyareal – Barselona
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət