Qurban Qurbanov futbolçularından narazı qaldı

Qurban Qurbanov futbolçularından narazı qaldı
XƏBƏR 27 Avqust 2011 / 20:29 1822
-  A +

“Birinci növbədə “Qəbələ”ni təbrik edirəm. Meydançanın vəziyyəti komandaların öz oyunlarını göstərmələrinə mane oldu”.
 
Qol.Az-ın məlumatına görə, bu fikirləri “Qəbələ” ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səsləndirib. Gənc mütəxəssis komandanın oyunundan razı qalsa da, futbolçularının hərəkətindən narazılığını gizlətməyib:

“Meydanda gedən mübarizədən razı qaldım. Hər iki komanda sonadək oynadı. Ancaq mənim narazı qaldığım iki məqam oldu. Hər ikisi futbolçuların davranışı ilə bağlı idi. Birincisi, Adamiyanın heç bir səbəb olmadan topa əlini uzadıb, sarı vərəqə alması, ikincisi isə komandanın kapitanı Rəşad Sadiqovun 90-cı dəqiqədə qırmızı vərəqə görməsi.

Halbuki həmin epizodlarda bu cür hərəkətlərə heç bir lüzum yox idi. Mən hər zaman futbolçulara belə davranmamağı deyirən. Çünki peşəkar oyunçular belə şeylərə yol verməməlidilər”.

Qarşıdakı oyunlara dasha ciddi hazırlaşacaqlarını deyən Qurbanov yerli azarkeşlərə də minnətdarlıq edib: “Bundan sonra çempionata ciddi hazırlaşıb, yaxşı nəticələr qazanmalıyıq. Azarkeşlərə komandaya sonadək dəstək olduqları üçün təşəkkür edirəm”

Son xəbərlər