Fariz Nəcəfov: "Komandanın çıxışından razı qaldım, sadəcə..."

Fariz Nəcəfov: "Komandanın çıxışından razı qaldım, sadəcə..."
XƏBƏR 27 Avqust 2011 / 19:58 1645
-  A +

“Mən əvvəlcə də demişdim, ağır oyun olacaq. Ümumiyyətlə, “Qəbələ” ilə “Qarabağ”ın görüşləri həmişə belə çətin keçir”.

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Qarabağ”la oyundan sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib. Bərabər səviyyəli oyunun şahidi olduqlarını söyləyən klub rəsmisi komandanın çıxışından razı qaldıqlarını bildirib:

“Qarabağ”ın kifayət qədər qol epizodları oldu. Əsas odur ki, qalib gəldik. Tam bərabər səviyyəli oyun keçdi. Komandanın çıxışından razı qaldım. Sadəcə Mahir Şükürovun yoxluğu bir qədər özünü göstərdi”.

Komandada uyğunlaşma probleminin yavaş-yavaş aradan qalxdığını vurğulayan Nəcəfov bu cür oyunla qarşıya qoyduqları hədəf nail olacaqlarına inanır: “Bu, futboldur. Burada hər şey ola bilər. Komandada uyğunlaşma problemi yavaş-yavaş aradan qalxır. Bugünkü əhval-ruhiyyə və oyunla mənə elə gəlir ki, istəyimizə nail olacağıq”.

Son xəbərlər