Aykut Kocaman: “Günahımız varsa, niyə hələ Superliqadayıq?”

Aykut Kocaman: “Günahımız varsa, niyə hələ Superliqadayıq?”
XƏBƏR 26 Avqust 2011 / 18:55 1711
-  A +

“Bu günə qədər bizi süründürdülər. Bundan sonra eyni hadisələrin təkrarlanmasını istəmirik. Türkiyə Futbol Federasiyası bu qərarı qəbul etməklə, sanki bizimlə məzələndi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün təşkil olunmuş mətbuat konfransında “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman deyib.

TFF-nın qərarına münasibət bildirən gənc mütəxəssis niyə hələ də Superliqada olduqlarını anlamadığını bildirib:

“Əgər günahımız varsa, Çempionlar Liqasından kənarlaşdırıldıqsa, niyə hələ Superliqadayıq? Əgər bizi danışılmış oyunlarda günahlandırırlarsa, onda aşağı dəstəyə göndərsinlər”.

Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə