“Qarabağ” sabah Premyer Liqanın IV turunda “Qəbələ”ylə qarşılaşacaq.
Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, Quzanlıda baş tutacaq görüş tərəflərin sayca 13-cü dueli olacaq. İlk dəfə komandalar 2006/07 mövsümündə qarşılaşıblar.
“Qarabağ” səfər meydanında baş tutan ilk görüşdə 2:0 hesabıyla qalib gəlib. Suraxanıda baş tutan cavab qarşılşamasında isə Ağdam klubu 3:2 hesabıyla qalib gəlib. Ümumiyyətlə, komanda Qəbələnin eyni adlı komandasıyla keçirdiyi ilk 5 qarşılaşmanın hamısında qələbə qazanıb.
“Qəbələ” ilk dəfə “Qarabağ”dan 2008/2009 mövsümünün 2-ci yarısında Suraxanıda baş tutan görüşdə xal alıb, 0:0. Sonradan
“Qəbələ” ağdamlılara qarşı məğlubiyyətsiz seriya yaxalasa da, ötən mövsümdə baş tutan sonuncu dueldə “Qarabağ” rəqibini 3:0 hesabıyla darmadağın edib.
Ümumilikdə, indiyə kimi keçirilən qarşılaşmaların tən yarısında Qurban Qurbanovun komandası qələbə qazanıb. “Qarabağ”ın 3 dəfə uduzmağının qarşılığında, 3 oyunda da tərəflər hərəyə 1 xal qazanıblar. Ağdam klubunun vurduğu 18 topun qarşılığında “Qəbələ” 13 dəfə fərqlənib.
Ümumiyyətlə, “Qarabağ” “Qəbələ”yə heç vaxt evdə məğlub olmayıb və son 4 oyunda cəmi 1 top buraxıb.
Sabahkı görüş Ağdam klubunun Quzanlıda “Qəbələ”ylə 3-cü görüş olacaq. Bundan əvvəlki iki görüşdə heç-heçə qeydə alınıb. Tərəflər 2009-2010 mövsümün təsnifat mərhələsində 0:0, həlledici mərhələdə isə 1:1 hesablı nəticəyə razılaşıblar.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət