Yunis Hüseynov: “Məğlub olmağımızın günahkarı qapıçıdır”

XƏBƏR 15 Mart 2009 / 17:34 2501
-  A +

“Oyunun çətin keçəcəyi əvvəldən də məlum idi. Çünki bugünkü rəqibimiz çempionatın lider idi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”yla oyunsonrası mətbuat konfransında “Karvan”ın baş məşqçisi Yunis Hüseynov deyib. O bildirib ki, məğlub olmalarının günahkarı qapıçıdır: “Rəqib güclü olsa da, uşaqlar bu gün yaxşı təsir bağışladılar. Onlar bütün güclərini meydanda qoydular. Bununla belə qapıçımızın səhvi məğlubiyyətimizə səbəb oldu. Heç nədən qol buraxaraq, uduzduq”

Son xəbərlər