Uinston Parks Kosta-Rika millisində

Uinston Parks Kosta-Rika millisində
XƏBƏR 26 Avqust 2011 / 15:23 2263
-  A +

"Bakı”nın kosta-rikalı hücumçusu Uinston Parks ölkəsinin millisinə dəvət alıb.

Bu barədə Qol.Az-ın müxbiri ilə söhbətində paytaxt klubunun Marketinq və Mətbuat Departamentinin rəhbəri Nəriman Mehdiyev məlumat verib.

“Bakı” rəsmisinin sözlərinə görə, təcrübəli futbolçunun yığmaya dəvəti ilə bağlı Kosta-Rika Futbol Federasiyasından kluba məktub daxil olub.

Qeyd edək ki, Parks uzun müddət idi ki, yığmadan kənarda qalmışdı. Ancaq görünür Kosta-Rika millisinin məşqçiləri 30 yaşlı hücumçunun ötən mövsüm Premyer Liqadakı çıxışını bəyəniblər.

Parks avqustun sonunda yığmanın düşərgəsində olmalıdır. Ona görə də “zolaqlılar”ın forvardı “Kəpəz”lə oyundan sonra Azərbaycanı tərk edəcək.

Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır

16.05.25  16:10

Messi yenidən millidə