“İnter”in hücumçusu “Simurq”da

“İnter”in hücumçusu “Simurq”da
XƏBƏR 26 Avqust 2011 / 15:00 1859
-  A +

“Simurq” daha bir futbolçunu heyətinə qatıb. Zaqatala klubu “İnter”in litvalı hücumçusu Robertas Poşkusla rəsmi müqavilə imzalayıb.

Bu barədə Qol.Az-a klubun icraçı–direktoru Vaqif Əliyev məlumat verib. Əliyevin sözlərinə görə, Poşkus 1 illik rəsmi müqaviləyə qol çəkib və növbəti mövsümü “Simurq”da keçirəcək. Artıq təcrübəli forvardın adı sifariş ərizəsinə salınıb.

Mövsümün sonunda “Qarabağ”la yollarını ayıran Andrey Rubinsin “Simurq”a keçmək məsləsinə isə 1-2 gün içərisində aydınlıq gələcək.

Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə