"Fənərbaxça"nın baş məşqçisindən şok iddia

"Fənərbaxça"nın baş məşqçisindən şok iddia
XƏBƏR 26 Avqust 2011 / 14:01 2788
-  A +

Baş verən hadisələrdən sonra ilk dəfə danışan “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman komandasının Çempionlar Liqasından kənarlaşdırılmasına münasibət bildirib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, gənc çalışdırıcı bu qərarın qəbul olunmasında bəzi yerli klubları günahlandırıb. Kocamanın fikrincə, UEFA-nın “sarı-lacivərdlilər”i ÇL-dən kənarlaşdırılmasında həmin klubların ali futbol qurumuna göndərdikləri məktublar həlledici rol oynayıb:

“UEFA-nın bu qərarı almasında ora göndərilən məktublar əsas rol oynadı. İndi həmin şəxslər özlərini xoşbəxt hiss edə bilərlər. Hətta arzularına çatdıqları üçün indi özləri ilə fəxr edirlər”.

Kocaman konkret olaraq ad çəkməsə də, onun “Qalatasaray” və “Trabzonspor” rəsmilərini nəzərdə tutduğu məlumdur. Çünki Türkiyə Futbol Federasiyasının bundanəvvəlki qərarına ən çox bu iki klub etiraz etmiş və bununla bağlı UEFA-ya məlumat verəcəklərini bildirmişdilər.

Son xəbərlər