“Hər oyun 100 faizlik güclə oynamaq lazımdır ki nəticə qazana biləsən. Son oyunda qələbə qazandığımıza görə çox şadam. Həmin oyunda hər iki halda 11 metrlik cərimə zərbəsi var idi və hakim haqlı qərar çıxardı. Növbəti oyun da bizim üçün asan olmayacaq”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın litvalı yarımmüdafiəçisi Deyvidas Çesnauskis klubun rəsmi saytına açıqlamasında deyib.
Təcrübəli futbolçunun fikrincə, çempionatda zəif rəqib yoxdur: “Simurq”la oyun göstərdi ki, çempionatda asan rəqib yoxdur. Qarşıdakı oyunlara ciddi yanaşmaq lazımdır. “Kəpəz”lə oyuna da qələbə üçün çıxacağıq və hədəfimiz 3 xalı qazanmaqdır”.
Premyer Liqanın səviyyəsinin yüksək olduğunu söyləyən Çesnauskis oyunların süni meydançalarda keçirilməsindən şikayətlənib:
“Azərbaycan Premyer liqası yaxşı klublardan təşkil olunmuş səviyyəcə yüksək bir çempionatdır. Hər oyun 100 faizlik güclə oynamaq lazımdır ki, nəticə qazana biləsən. Burada əsas problem bir çox oyunların süni meydanlarda keçirilməsidir. Bu tip meydanlarda oynamaq problemlər yaradır”.
Komandada uyğunlaşmprobleminin olduğunu dilə gətirən yarımmüdafiəçi bunun zamanla həll olunacağına inanır:
“Mən Bakıdakı həyata tez öyrəşdim. Uzun müddət legioner həyatı yaşadığımdan bura da öyrəşmək çətin olmadı. Mənim üçün hər bir şərait yaradılıb və hər şey qaydasındadır. Yalnız komandada bir çox yeni simalar var və bu futbolçuların tam uyğunlaşması zaman tələb edir. Heyət yenidir və komandada oyun təcrübəsi çatmır. Oyundan-oyuna daha güclü “Bakı” görəcəksiniz”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət