U-17 böyükhesablı qələbə qazandı

XƏBƏR 26 Avqust 2011 / 10:28 1842
-  A +

Avstriyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması «Pinzgau» klubunun U-17 komandası ilə yoldaşlıq oyunu keçirib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, qarşılaşma 4:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Fəhmin Muradbəylinin dubl etdiyi oyunda İlyas Səfərzadə və Tərlan Əhmədov hərəyə bir dəfə fərqlənib.

Son xəbərlər