Ötən gün Avropada "ilin ən yaxşı futbolçusu"nun kimliyinə aydınlıq gəlib.
Qol.Az-ın məlumatına görə, Fransanın Monako şəhərində keçirilən Çempionlar Liqasının püşkatmasından sonra Avropada ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.
"Barselona"nın argentinalı ulduzu Lionel Messi bütün rəqiblərini qabaqlayaraq fəxri mükafata sahib çıxıb.
Bu mübarizədə komanda yoldaşı Xavi Hernandez və "Real"ın portuqaliyalı ulduzu Kriştiano Ronaldonu qabaqlayan Messi "ilin ən yaxşı futbolçusu" mükafatını birbaşa UEFA prezidenti Mişel Platininin əlindən alıb.
Messi mükafatı alıdıqdan sonra bu barədə fikirlərini bölüşüb: "Bu mükafatı qazandığım üçün çox xoşbəxtəm. Hər bir futbolçu kimi mən də həmişə yüksəlmək istəyirəm.
Əsas məqsədim də elə budur. Komanda mehriban atmosferin olması bizə əlavə güc verir. Buna görə komanda yoldaşlarıma təşəkkür edirəm".
Avropada "ilin ən yaxşı futbolçusu" mükafatına namizədlərin ümumi siyahısı isə belədir:
1. Lionel Messi ("Barselona")
2. Kriştiano Ronaldo ("Real")
3. Xavi Hernandez ("Barselona")
4. Andres İniyesta ("Barselona")
5. Radamel Falkao ("Portu")
6. Ueyn Runi ("Mançester Yunayted")
7. Nemani Vidiç ("Mançester Yunayted")
8. Zlatan İbrahimoviç ("Milan")
9. Herard Pike ("Barselona")
10. Manuel Noyer ("Bavariya")
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət