Qırx nəfər futboldan ömürlük kənarlaşdırıldı

Qırx nəfər futboldan ömürlük kənarlaşdırıldı
XƏBƏR 25 Avqust 2011 / 18:29 2643
-  A +

Danışılmış oyunlarla bağlı istintaq bir çox ölkələrin gündəmini zəbt edib.

Qol.Az-ın məlumatına görə, Cənubi Koreya Respublikasının Futbol Federasiyası bu istintaq çərçivəsində daha 40 nəfərin futboldan ömürlük kənarlaşdırılmasına qərar verib.

Xatırladaq ki, bu ölkədə istintaq prosesi hələ bir müddət əvvəl başlamışdı. Həmin vaxt da bir neçə nəfər şübhəli şəxs qismində saxlanılmış, daha sonra isə onlardan bəziləri həbs olunmuşdu.

Qeyd edək ki, həmin şəxslər də müvafiq olaraq, futboldan ömürlük uzaqlaşdırılmışdılar.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq