Belçika Azərbaycanla oyunun heyətini açıqladı

Belçika Azərbaycanla oyunun heyətini açıqladı
XƏBƏR 25 Avqust 2011 / 17:18 2151
-  A +

Belçika millisinin baş məşqçisi Corc Likens sentyabrın 2-də Avro-2012-nin seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyunun heyətini açqılayıb.

Qol.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı 24 futbolçuya dəvət göndərib. Onların arasında Avroliqanın üçüncü təsnifat mərhələsində “Qarabağ”ın qapısına yol tapan "Brügge"nin hücumçusu Byörn Vleminks də var.

Qapıçılar: Tabi Kurtua (“Atletiko”), Jan-Fransua Jilye (“Bolonya”, İtaliya), Simon Minyole (“Sanderlend”)

Müdafiəçilər: Tobi Alderveyld (“Ayaks”), Vinsen Kompani (“Mançester Siti”), Nikolas Lomberts (“Zenit”), Denis Odoy (“Anderlext”), Daniel van Buyten (“Bavariya”), Yelle Van damm (“Standart”), Tomas Vermalen (“Arsenal”), Yan Vertongem (“Ayaks”)

Yarımmüdafiəçilər: Mussa Dembele (“Fulhem”), Maruan Fellaini (“Everton”), David Habert (“Genk”), Vadis Ocicca (“Brügge”), Timmi Simons (“Nürnberq”), Yelle Vossen (“Genk”), Aksel Vitsel (“Benfika”)

Hücumçular: Dres Mertens (PSV), İqor de Kamarqo (“Borussiya”, Münhenqladbax), Romelu Lukaku (“Çelsi”), Marvin Oquncimi (“Genk”), Byörn Vleminks (“Brügge”), Eden Hazard (“Lill”)

Qeyd edək ki, Azərbaycan – Belçika oyunu sentyabrın 2-si, saat 21:00-da keçiriləcək.

Son xəbərlər