Mahir Şükürov yenidən Rusiya Premyer Liqasına qayıda bilər

Mahir Şükürov yenidən Rusiya Premyer Liqasına qayıda bilər
XƏBƏR 25 Avqust 2011 / 16:00 2753
-  A +

Milli komandamız və “Qəbələ”nin müdafiəçisi Mahir Şükürov növbəti dəfə Azərbaycanı tərk etməyə hazırlaşır.

Bu barədə təcrübəli futbolçu Qol.Az-ın müxbiri ilə söhbətində məlumat verib. Şükürov ölkə futbolunda baş verən son olaylardan bezdiyini və elə bu səbəbdən də ölkə xaricinə yollanmaq istədiyini bildirib:

“Bu yaxınlarda Rusiya Premyer Liqasından yeni təklif almışdım. Ancaq həmin klubda maliyyə problemi olduğu üçün təklifi qəbul etmədim. Lakin çox güman ki, dekabrda yenidən Premyer Liqaya yollanacağam”.

Qeyd edək ki, Mahir “Qəbələ”yə ötən mövsümün sonunda Rusiyanın “Anji” klubundan keçib.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq