Qurban Qurbanovun Dortmunda gedəcəyi tarix müəyyənləşdi

XƏBƏR 25 Avqust 2011 / 13:46 1809
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya yollanacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın çalışdırıcısı Dortmund "Borussiya"sında təcrübə mübadiləsindən yararlanacaq.

Sentyabrın 4-11 arasında baş tutacaq səfər zamanı baş məşqçi sonuncu Almaniya çempionunun məşqlərini izləyəcək, infrastrukturuyla tanış olacaq. Qurbanovun eyni zamanda "Borussiya"nın çalışdırıcısı Yurgen Kloppla görüşü də nəzərdə tutulub. Sentyabrın 11-i geri dönəcək mütəxəssisin "Sumqayıt Şəhər"lə Premyer Liqada baş tutacaq oyuna yetişəcəyi gözlənilir. 

Qeyd edək ki, bu Qurbanovun ilk belə səfəri deyil. "Qarabağ"ın çalışdırıcısı 2010-cu ilin yanvar ayında "Qalatasaray"ın düşərgəsinə yollanmış və "sarı-qırmızı"ların o vaxtki baş məşqçisi Frank Raykardla görüşmüşdü.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır