“Karvan” yoxlama oyunu keçirib

XƏBƏR 25 Avqust 2011 / 11:32 1503
-  A +

Futbol üzrə Azərbaycan I Divizionunda mübarizə aparacaq Yevlaxın "Karvan" klubu yeni mövsüm hazırlıqlarını davam etdirir.

Klubdan PFL-ə verilən məlumata görə, komanda yoxlama oyununda qüvvəsini sınayıb. "Şəmkir" klubu ilə qarşılaşan Yevlax təmsilçisi rəqibini 5:2 hesabı ilə məğlub edib.

"Karvan"ın heyətində Ruslan Hüseynov (2), Elçin Həşimov, Bəxtiyar Seyfullayev və Anar Həsənov fərqləniblər.

Son xəbərlər