“Neftçi”nin müdafiəçisi: “Çempionluq uğrunda mübarizə aparırıq”

“Neftçi”nin müdafiəçisi: “Çempionluq uğrunda mübarizə aparırıq”
XƏBƏR 24 Avqust 2011 / 18:52 1496
-  A +

“Son oyunda "Sumqayıt Şəhər" üzərində 4:0 hesablı qələbə qazandıq. Bu, çox lazımlı qələbə idi. Bunun nəticəsində 2 oyundan sonra maksimum xal toplamışıq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi” müdafiəçisi Tərlan Quliyev klubun rəsmi saytına açıqlamasında deyib. Cari mövsümdədə çempionluq titulunu qorumaq istədiklərini söyləyən gənc futbolçu əsas heyətə düşə bilmək üçün mübarizə aparacağını bildirib:

“Komandada əhval-ruhiyyə çox yaxşıdır. AZAL-la oyuna da istəkli hazırlaşırıq. Təbii ki, bu il də çempionluq uğrunda mübarizə aparırıq. Var gücümüzlə çalışırıq ki, çempionluq titulunu qoruyaq. Baş məşqçi Böyükağa Hacıyevin rəhbərliyi altında keçirilən məşqlərimiz də buna köklənib. Özümə gəlincə, əsas heyətdə yer almaq üçün məşqlərdə səylə çalışıram"

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq