“Beşiktaş”ın hücumçusu: “Komandamı dəyişmək fikrim yoxdur”

“Beşiktaş”ın hücumçusu: “Komandamı dəyişmək fikrim yoxdur”
XƏBƏR 24 Avqust 2011 / 16:23 1788
-  A +

“Beşiktaş”ın portuqaliyalı yarımmüdafiəçisi Uqu Almeyda komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, təcrübəli futbolçu İstanbul klubunda qalacağını bildirib. 27 yaşlı forvard yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyib:

“Mən “Beşiktaş”ın oyunçusuyam və bu komandada qalmaq istəyirəm. “Saraqosa” klubu ilə heç bir danışığım olmayıb. Tamamilə yanlış məlumatlardır. “Saraqosa” hörmət elədiyim bir klubdur. Ancaq komandamı dəyişmək fikrim yoxdur”.

Qeyd edək ki, Almeydanın “Saraqosa” klubuna keçəcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə