"Atletiko" (Madrid) klubunun yeni transferi Arda Turan sabiq komandası "Qalatasaray"ın düşərgəsində görünüb.
Qol.Az-ın məlumatına görə, Arda "Santyaqo Bernabero" kuboku uğrunda turnirdə iştirak etmək üçün Madridə gələn "Qalatasaray" klubunu ziyarət edib.
Arda "Real" (Madrid) klubu ilə oyunöncəsi "Qalatasaray"ı ziyarət edərək sabiq komanda yoldaşları və baş məşqçi Fatih Terimlə görüşüb.
Təxminən 2 saat oteldə qalan Arda daha sonra Türkiyə milli komandasının və "Fənərbaxça"nın sabiq oyunçusu Rıdvan Dilmənlə birgə oradan ayrılıb.
Otelin qarşısında onu gözləyən azarkeşlərə avtoqraf verən Arda daha sonra "NTV Spor" kanalının qonağı olub. Adı çəkilən kanala açıqlamasında Arda sabiq komandası və Fatih Terim haqda xoş sözlər deyib:
"Qalatasaray" mənim doğma komandamdır. Bu komandada çıxış etdiyim üçün qürur duyuram. Fatih Terim isə mənə hər zaman ata kimi olub. "Qalatasaray"dan ayrılsam da, ürəyim həmişə "Cim-Bom"ladır".
Qeyd edək ki, "Qalatasaray" "Santyaqo Bernabero" kuboku uğrunda ilk görüşünü məhz bu axşam "Real"a qarşı keçirəcək.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu