"İnter"in prezidenti Georgi Nikolov klubun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, Nikolov AFFA-nın İntizam Komitəsinin qərarıyla bağlı fikirlərini bölüşüb:
"AFFA-nın İntizam Komitəsinin iclası təqribən saaat yarım davam etdi. Mükakirələr aparıldı, bütün tərəflər mövqelərini açıqladılar. Arqumentlərini təqdim etdilər və vəziyyətlə bağlı baxışlarını bildirdilər. İclasın sonunda mən də mövqeyimi açıqladım. Etiraf edim ki, komandanı meydandan çıxarmaq barədə verdiyim qərarı doğru hesab edirəm.
Bu xoşagəlməz hadisələrə təkcə onbirmetrlik cərimə zərbəsinin təyin edilməsi səbəb olmadı, belə bir vəziyyətin yaranmasına buraxılmış səhvlər seriyası da rəvac verdi.
Təbii ki, İntizam Komitəsi müəyyən edilmiş qərarlar çərçivəsində fəaliyyət göstərir və komitə bu çərçivələrdən kənara çıxa və səlahiyyətlərini aşa bilmir. Odur ki, komitənin qəbul edəcəyi qərar gözlənilirdi. Gözlənilməz heç nə baş vermədi".
Klub prezidenti daha sonra qərardan apellyasiya şikayəti verib-verməyəcəklərini bilmədiklərini açıqlayıb: "Mən apellyasiya şikayəti verərdim, lakin hələlik həmin qərar rəsmi şəkildə bizə təqdim edilmədiyindən bunu edə bilmərik. Bu məsələdə hüquqşünaslarla da məsləhətləşmək lazımdır".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu