Millimiz “Palanqa” turnirinə qələbə ilə başladı

Millimiz “Palanqa” turnirinə qələbə ilə başladı
XƏBƏR 23 Avqust 2011 / 18:57 2200
-  A +

Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, Belarusun U-17 yığması ilə qarşılaşan Təbriz Həsənovun komandası 3:1 hesabı ilə qələbə qazanıb.

Hesabı Coşqun Diniyev açıb. Belarus yığması penalti zərbəsindən yararlanmaqla hesabda tarazlıq yarada bilib. Bununla belə, Namiq Ələsgərovun dublu oyunun yekun nəticəsini müəyyənləşdirib.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner