“AFFA İntizam Komitəsinin bu qərarı “Qəbələ” klubu üçün çox yüngül cəza olub”.
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətdə AZAL klubunun prezidenti Vaqif Qasımov İK-nin bugunkü qərarını şərh edərkən deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl AZAL AFFA-ya müraciət edərək “Qəbələ”yə texniki məğlubiyyət istəmişdi.
"Qəbələdə yerli azarkeşlərin qonaq komandanın futbolçularını daşa basması və təhlükəsizlik sisteminin çox aşağı səviyyədə olması oyunçuların həyatına birbaşa təhlükədir. AFFA-dan daha sərt qərar gözləyirdik. Bir daha deyirəm, ən azı “Qəbələ”yə texniki məğlubiyyət verilməli idi".
“İnter” - “Bakı” oyununda baş verənlərdən xəbərdar olduğunu bildirən Qasımov bu haqda belə danışıb: "Həmin oyunda qonaq komandanın qapıçısı Lomayanın hər kəsin gözü qarşısında hakimə etdiyi tərbiyəsizliyini cəmi iki oyunluq cəzalandırdılarsa, mənim daha sözüm yoxdur.
Bu, o deməkdir ki, Azərbaycanda futbol deyilən şey yoxdur. Ona qalsa, gərək mən də futbolçularımız daşa basılan vaxtı komandanı meydandan çıxarardım. Ancaq mən yaxşı bilirəm ki, bu düzgün deyil. Oyunçuları meydandan yalnız hakim çıxara bilər".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu