AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin çempionatının bəzi oyunlarda baş verən neqativ hallar barəsində mühüm qərarlar qəbul olunub.
Qol.Az-ın AFFA-nın rəsmi sayıtna istinadən verdiyi məlumata görə, futbol qurumu "Turan" və "Neftçi" klublarını da cərimələyib.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin III turunun “Xəzər Lənkəran” – “Turan” matçının 89-cu dəqiqəsində “Turan” klubunun 12 nömrəli futbolçusu Zabid Səfərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin III turunun “Neftçi” – “Sumqayıt Şəhər” matçının 44-cü dəqiqəsində “Neftçi” klubunun 23 nömrəli futbolçusu Bəhram Bəhramzadə kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
Qeyd edək ki, AFFA İntizam Komitəsi Premyer Liqanın III turunun “Xəzər Lənkəran” – “Turan” matçının 55-ci dəqiqəsində meydançaya “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən kənar əşya atıldığı üçün klubu 2 min manat məbləğində cərimələyib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu