AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında avqustun 19-da keçirilmiş Unibank Premyer Liqasının III turunun “Qəbələ” - AZAL matçındakı olaylarla bağlı qərar qəbul edilib.
Qol.Az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, qərarda qeyd olunub ki, həmin matçın 12-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Mahir Şükürov aqressiv oyuna (rəqibə başla zərbə) görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bundan başqa, oyunun 85-ci dəqiqəsində AZAL-ın futbolçusu Kristian Ruiz əllə topu “Qəbələ” klubunun qapısından keçirdikdən sonra (hakim qolu qeydə almayıb) “Qəbələ” azarkeşləri meydançaya kənar əşya (daş) atıblar. AZAL klubu baş vermiş hadisə ilə bağlı İntizam Komitəsinə mürəciət edərək oyunun nəticəsinin ləğv edilməsini və “Qəbələ” klubuna texniki məğlubiyyət verilməsini istəyib.
AFFA yuxarıda göstərilənləri nəzərə alaraq “Qəbələ”nin futbolçusu Mahir Şükürovu aqressiv oyuna (rəqibə başla zərbə) görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalandırıb, klub 4000 manat cərimə olunub.
“Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya (daş) atıldığı üçün klub 2000 manat cərimələnib.
“Qəbələ” klubuna Premyer Liqa matçlarında azarkeşlərinin davranışı ilə bağlı müvafiq tədbirlər görmək tapşırılıb. Əks halda analoji hadisənin təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
“Qəbələ” klubu ev oyunlarında ictimai təhlükəsizliyin maksimum dərəcədə qorunması üçün lazımi tədbirləri gücləndirmək tapşırığı verilib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır