AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Unibank Premyer Liqasının III turunu bəzi oyunlarında baş vermiş qalmaqallarla bağlı mühüm qərarlar qəbul olunub.
Qol.Az-ın qurumun saytına istinadən yaydığı məlumata görə, ən çox maraqla gözlənilən «İnter» - «Bakı» matçındakı olaylarla bağlı qərarda deyilir ki, həmin oyunun 90+1-ci dəqiqəsində “İnter” klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin olduqdan sonra “İnter” klubunun prezidenti meydançaya daxil olaraq komandanı meydançadan cıxarıb.
Hakimlər 10 dəqiqə gözləsələr də, “İnter” klubu meydançaya qayıtmayıb və matç başa çatmayıb. Matçda baş vermiş hadisələrlə əlaqədar olaraq “İnter” klubuna aşağıda göstərilmiş şəkildə cərimə və cəzalar tətbiq olunur:
Matçın 90+1-ci dəqiqəsində meydançaya “İnter” klubunun azarkeşləri tərəfindən kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur.
Oyunun 90+1-ci dəqiqəsində “İnter” klubunun qapıçısı Georgi Lomaya kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimələnib.
Matçın 90+1-ci dəqiqəsində “İnter” klubunun prezidenti Georgi Nikolov icazəsiz meydançaya daxil olaraq komandanı meydançadan çıxardaraq matçı izləyənlərə qarşı hörmətsizlik etdiyi üçün 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimələnib.
Oyunun 90+1-ci dəqiqəsində “İnter” klubu özbaşına meydançanı tərk edərək oyunu davam etdirməkdən boyun qaçırdığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 10 min manat cərimə olunub.
Matçdan sonra keçirilən mətbuat konfransında “İnter” klubunun baş məşqçisi Kaxaber Tsxadadze iştirak etmədiyi üçün “İnter” klubu 1000 manat cərimə olunub.
Matçda “İnter” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır