“Fənərbaxça” Türkiyə millisinin üzvünə “elçi düşüb”

“Fənərbaxça” Türkiyə millisinin üzvünə “elçi düşüb”
XƏBƏR 23 Avqust 2011 / 12:18 2203
-  A +

Yeni mövsümün hazırlıqlarını Almaniyada davam etdirən “Fənərbaxça” növbəti trnaferini gerçəkləşdirməyə hazırlaşır.

Qol.Az-ın məlumatına görə, “sarı-lacivərdlilər” “Bursaspor”dn ayrılması dəqiqləşən Sərcan Yıldırım üçün qarşı tərəflə danışıqlara başlayıb. “Əjdahalar” 21 yaşlı forvard üçün 6 milyon avro tələb ediblər. Keçidin yaxın günlərdə baş tutacağı gözlənilir.

Ancaq “Fənər”in baş məşqçisi Aykut Kocaman Sərcanın alınmasında elə də maraqlı deyil. Futbolçunun 16 yaşında dizindən ciddi əməliyyat keçirdiyini vurğulayan Kocaman rəhbərliyə xəbərdarlıq edib.

Bunu nəzərə alan klub rəhbərliyi danışıqlar müsbət nəticələnərsə, Yıldırım ciddi şəkildə tibbi müayinədən keçirməyi düşünür.

Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə