Anelka Türkiyəyə qayıdır

Anelka Türkiyəyə qayıdır
XƏBƏR 22 Avqust 2011 / 18:55 2592
-  A +

Vaxtilə “Fənərbaxça”da forma geymiş, hazırda isə “Çelsi”nin şərəfini qoruyan Nikola Anelka yenidən Türkiyəyə qayıda bilər.

Qol.Az-ın məlumatına görə, fransız futbolçu Superliqanın yeni iştirakçısı “Orduspor”un maraq dairəsinə düşüb.

Cari mövsüm etdiyi transferlərlə diqqət çəkən debütantda indi də başlıca hədəf Anelkadır. Klub przidenti Nedim Türkmən NTVSPOR-a verdiyi açıqlamasında 32 yaşlı hücumçu ilə maraqlandıqlarını təsdiqləyib.

Türkmənin sözlərinə görə, artıq ulduz futbolçu üçün “Çelsi”ilə danışıqlar başlayıb. “Orduspor” rəhbərliyi Anelkaya illik 1,7 milyon avro verməyə hazır olduqlarını bildirib.

Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə