Üç il ərzində Berti Foqts tərəfindən Azərbaycan milli komandasına çağırılmayan "Neftçi"nin futbolçusu Rəşad Abdullayev avqustun 22-dən 24-dək yığmanın toplanışına dəvət almışdı.
Qol.Az-ın «Neftçi»nin saytına istinadən yaydığı məlumata görə, Azərbaycan milli komandasında gələcək karyerasını müzakirə etmək üçün Rəşad Abdullayev yığmanın proqramına uyğun olaraq, saat 9:30-da toplanışa qatılıb və Berti Foqtsla görüşüb. Məlumata görə, baş məşqçi ilə fikir mübadiləsi aparan futbolçu "Neftçi" PFK-ya qarşıdakı məsul oyunlarda kömək etmək məqsədi ilə bu toplanışda iştirak etməmək üçün icazə alıb.
Abdullayev görüş ilə bağlı bunları bildirib: "Berti Foqts ilə səmimi söhbətimiz oldu və mən ona öz fikirlərimi bildirdim. Milliyə dəvət göndərdiyinə görə ona öz təşəkkürümü çatdıraraq, gələcək rəsmi və yoldaşlıq görüşlərində dəvət alaramsa, yığmaya kömək etmək arzusunda olduğumu bildirdim. Bildiyiniz kimi, "Neftçi" PFK-da zədəli oyunçular çoxdur və mən özüm də Zaqreb "Dinamo"su ilə oyundan öncə zədə almışdım və həkimlərin nəzarəti altında mualicə olunurdum. Uzun müddətdən sonra "Sumqayıt Şəhər" ilə oyunda çıxış etdim. Millinin toplanışında iştirak etməmək üçün Foqts ilə görüşdüm və onun razılığını aldım. Berti Foqts bu görüşdən məmnun olduğunu bildirdi və mənim fikirlərimə hörmətlə yanaşdığını qeyd edərək, bu toplanışda iştirak etməməyimə icazə verdi".
Qeyd edək ki, istər bu, istərsə də «Neftçi»nin vitse-prezidenti Tahir Süleymanovun məsələylə bağlı Qol.Az-a verdiyi açıqlama AFFA-nın rəsmi saytının məlumatları ilə ziddiyyət təşkil edir. Qurumun məlumatında Rəşad Abdullayevin millinin toplanışından üzürlü səbəb olmadan iştirak etməyəcəyi bildirilib.
Hətta o da qeyd olunub ki, Rəşad Abdullayevin məsələsi «Oyunçuların Statusu və Transferi haqqında Əsasnamə»yə uyğun olaraq, AFFA-nın İntizam Komitəsində müzakirə olunacaq, ona qarşı intizam cəza tədbiri tətbiq ediləcək.
Bu halda Azərbaycanın böyük bir klubuyla futbol federasiyasının məlumatları arasındakı ziddiyyətlər diqqət çəkir.
Bütün bunlar isə bir həqiqəti ortaya qoyur ki, tərəflərdən biri doğru açıqlama vermir.
Kimin həqiqəti dediyini oxucuların mühakiməsinə buraxırıq.
Amma eyni zamanda biz diqqəti AFFA-nın rəsmi məlumatındakı «Rəşad Abdullayevə qarşı intizam cəza tədbiri tətbiq ediləcək» ifadəsinə yönəltmək istəyirik. Bu sözlər onu deməyə əsas verir ki, Foqtsla futbolçunun görüşündə ciddi fikir ayrılığı olub. Bunun hətta mübahisə səviyyəsinə çatdığını da istisna etmək olmaz. Hər halda futbol federasiyası ciddi bir səbəb olmadan niyə kimisə cəzalandırmaq fikrinə düşsün?
Bəlkə, tərəflər arasında hansısa münaqişə də baş verib?
Əgər olmayıbsa və Rəşad, AFFA-nın iddia etdiyi kimi, həqiqətən də, üzürsüz səbəb olmadan millidə oynamaqdan imtina edibsə, buna görə futbolçuya cəza tətbiq etmək absurddur. Çünki kimisə haradasa oynamağa zorla məcbur etmək olmaz. Rəşad bu halda yalnız mənəvi məsuliyyət daşıya bilər.
Yox, əgər məsələ «Neftçi»nin və Rəşadın dediyi kimidirsə, yəni Berti Foqts bu görüşdən məmnun olub, futbolçunun fikirlərinə hörmətlə yanaşıb bu toplanışda iştirak etməməyinə icazə veribsə, o zaman, təkrar da olsa, ortaya yenə eyni sual çıxır: AFFA hansı məntiqlə Rəşadı cəzalandırmaq istəyir?
Amma hər halda, bir daha qeyd edirik, AFFA da ağılsız deyil ki, durduğu yerdə ölkənin önəmli futbolçularından birini cəzalandırmaq fikrinə düşsün.
Ona görə də bütün bu açıqlamalar onu deməyə əsas verir ki, ortada ciddi nəsə baş verib.
Məsələn, milliyə dəvət aldıqdan sonra Rəşad bildirdi ki, əgər yığmaya çağırılıbsa, orada oynamalıdır, çünki artıq 20 yaşında deyil ki, onu sınasınlar. Bəlkə də elə bu və ya buna bənzər açıqlamaları Berti Foqtsu özündən çıxarıb. Hər halda baş məşqçiylə Rəşadın münasibətlərinin soyuq olduğu dəqiq idi.
Amma bir daha deyirik, bütün bunlar yalnız versiyalardır.
Odur ki, bir az da gözləyək. Yəqin ki, çox yaxınlarda həqiqət ortaya çıxar.
Renat oynadı, komandası heç-heçə etdi
"20 ili bir klubda keçirmək asan deyil"
Yevlaxda 4 qol vuruldu - Video
Enrike Ançelottiyə Braziliya millisində uğur arzulamır
"Mingəçevir"in qələbəsindən - Video
"Real" gənc müdafiəçi ilə anlaşdı
"İmişli" və "Karvan"dan heç-heçə, "Mingəçevir" qalib gəldi
Millimizin ilkin heyəti açıqlandı
1-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
"Sumqayıt"ın kapitanı karyerasını başa vurur
UFC-nin məşhur ulduzları Bakıya gəlir
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Messi yenidən millidə
Yamal: "Xavinin sayəsində çempion olduq"
Ançelotti 1-ci, Flik 2-ci
4-cü dəfə mövsümün ən yaxşısı seçildi
Messini qabaqlayıb "Barselona"nın tarixinə düşdü
"Sabah"ın U-10 komandası Kazanda finala yüksəldi
Fatih Terimlə müqavilə uzadılacaq?
“Kəpəz”in yeni mövsümə Azər Bağırovla başlayacağı dəqiqləşdi
"Turan Tovuz"un da gəlirləri açıqlandı
"Çelsi" də yeni formalarını təqdim etdi - Şəkillər
İnfantino FİFA Konqresinə gecikdi - UEFA tənqid etdi
Azərbaycanda işləmiş məşqçi Acunun klubundan göndərildi
17 yaşlı Yamal Ronaldoya çatdı
"Fənərbaxça"da yeni müqavilə
"Real"ın futbolçusuna qarşı cinayət işi açıldı
Yamalın möhtəşəm qolu və çempionluq qələbəsi - Video
Səudiyyə Ərəbistanında çempion müəyyənləşdi
11 il sonra ilk dəfə ÇL-də oynayacaqlar
"Barselona" çempionluğu rəsmiləşdirdi
Vüsalın komandasından vacib qələbə
"Qəbələ" "Zaqatala"nı darmadağın etdi - Video
"Barselona" və "Arsenal" onu hədəflədilər
Alba "İnter Mayami" ilə yeni müqavilə imzaladı
“Dünya çempionatında üçlüyə düşmək uğur sayılacaq”
1-ci liqanın çempionu "Qəbələ" mükafatlandırıldı - Video
"Real" İspaniya millisinin oyunçusu ilə danışıqlar aparır
Orxan Məmmədov: “Bu, “Zirə” üçün böyük uğurdur”
"Sevilya"dan ayrılacağını açıqladı