Rəşad Abdullayev: “Foqts fikirlərimə hörmətlə yanaşdı”

Rəşad Abdullayev: “Foqts fikirlərimə hörmətlə yanaşdı”
XƏBƏR 22 Avqust 2011 / 13:56 1445
-  A +

Üç il ərzində Berti Foqts tərəfindən Azərbaycan milli komandasına çağırılmayan "Neftçi"nin  təcrübəli futbolçusu Rəşad Abdullayev avqustun 22-dən 24-dək yığmanın toplanışına dəvət almışdı.

Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, Azərbaycan milli komandasında gələcək karyerasını müzakirə etmək üçün Rəşad Abdullayev yığmanın proqramına uyğun olaraq, saat 9:30-da toplanışa qatılıb və Berti Foqts ilə görüşüb. Baş məşqçi ilə fikir mübadiləsi aparan futbolçumuz "Neftçi"yə qarşıdaki məsul oyunlarda kömək etmək məqsədi ilə bu toplanışda iştrak etməmək üçün icazə alıb.

Abdullayev görüş ilə bağlı bunları bildirib: "Berti Foqts ilə səmimi söhbətimiz oldu və mən ona öz fikirlərimi bildirdim. Milliyə dəvət göndərdiyinə görə ona öz təşəkkürümü çatdıraraq, gələcək rəsmi və yoldaşlıq görüşlərində dəvət alaramsa, yığmaya komək etmək arzusunda olduğumu bildirdim. Bildiyiniz kimi, "Neftçi" PFK-da zədəli oyunçular çoxdur və mən özüm də Zaqreb "Dinamo"su ilə oyundan öncə zədə almışdım və həkimlərin nəzarəti altında mualicə olunurdum. Uzun müddətdən sonra "Sumqayıt Şəhər" ilə oyunda çıxış etdim.

Millinin toplanışında iştrak etməmək üçün Foqts ilə görüşdüm və onun razılığını aldım. Berti Foqts bu görüşdən məmnun olduğunu bildirdi və mənim fikirlərimə hörmətlə yanaşdığını qeyd edərək, bu toplanışda iştrak etməməyimə icazə verdi".

Son xəbərlər