Rusiya mətbuatı Cavadova aşağı qiymət verdi

XƏBƏR 22 Avqust 2011 / 13:24 1542
-  A +

Nüfuzlu «Sport-Ekspress» qəzeti dünən Rusiya çempionatında üçüncü oyununu keçirən millimizin və «Volqa»nın hücumçusu Vaqif Cavadovun çıxışına qiymət verib.

Qol.Az-ın məlumatına görə, Cavadov «Kuban»a qarşı səfərdə keçirilən və komandasının 0:5 hesablı məğlubiyyəti ilə başa çatan görüşün 29-cu dəqiqəsində oyuna daxil olub. Meydanda olduğu 63 dəqiqə ərzində heç nəylə yadda qalmayan Vaqif komandasının əksər futbolçuları kimi 4,5 bal qiymət alıb.
Oyunda ən yüksək bal isə «Kuban»ın üç futbolçusuna (7 bal) verilib.

Son xəbərlər